Ölkə futbolu

Dorinel Munteanu: “Etiraf etməliyəm ki, “Neftçi” çox güclü komandadır”

Topaz Premyer Liqasının VI turunda keçirilən və 0-0 hesabı ilə başa çatan “Qəbələ” – “Neftçi” oyundan sonra meydan sahiblərinin baş məşqçisi Dorinel Munteanu görüşlə bağlı düşüncələrini bildirib.

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ”nin baş məşqçisi Dorinel Munteanu bu fikirləri səsləndirib:

“İlk növbədə bütün futbolçularımı yaxşı oyun münasibəti ilə təbrik edirəm. Futbolçular meydançada çox çalışdılar. Etiraf etməliyəm ki, “Neftçi” çox güclü komandadır. Rəqibin fərdi keyfiyyətləri yüksək olan futbolçuları çoxdur. Amma hesab edirəm ki, biz bu oyunda iki xal itirdik”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43