Ölkə futbolu

Qurban Qurbanov: “Simurq” bizim üçün çətin rəqibdir”

Topaz Premyer Liqasının VI turunun son oyununda “Qarabağ” “Simurq”u 1-0 hesabı ilə məğlub etdi.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra bu fikirləri söyləyib:

“Maraqlı oyun alındı. Vacib 3 xalı qazandıq. “Simurq” bizim üçün çətin rəqibdir. Ötən mövsüm“Simurq”a məğlubiyyətlərimiz olmuşdu. Ona görə də vacib xallar qazandığımızı düşünürəm. Futbolçulara təşəkkür edirəm, sona qədər bir-birini sığortalayıb, qələbəni təmin etdilər. Düşünürəm ki, bir neçə gün istirahət edib, komandanı növbəti oyunlara hazırlaya bilərik”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43