Kateqoriyasız

Döyüldüyü iddia olunan baş məşqçi: “Bilirsiz nə qədər güldüm?”

“Qaradağ Lökbatan”ın baş məşqçisi Adil Mahmudovun hakim Anar Niyazov tərəfindən döyülməsi ilə bağlı gəzən söz-söhbətə çalışdırıcı münasibət bildirib.

İdmanxeber.com-a danışan Mahmudov bunun yalan informasiya olduğunu bildirib:

“Bu boş-boş söhbətləri kim çıxardır, bilmirəm. Belə bir şey olmayıb. Bir balaca anlaşılmazlıq olub, ancaq vurmaq, döymək, qaş partlatmaq olmayıb. Bunu kim deyirsə yalan deyir. Onunla söz atışmamız oldu və məsələ elə yerindəcə qapandı. Yoxsa gözümün altına yumruq vurması, yox bir maska ilə oyuna getməm… Bilirsiz nə qədər gülmüşəm? Bunlar boş-boş söhbətlərdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43