Dünyadan

Droqbadan vida açıqlaması

Kotdivuarlı futbolçu Didye Droqba, 2015-ci ildən bu yana formasını geydiyi “Montreal İmpakt” klubunda növbəti mövsüm olmayacağını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, MLS Liqasında “Montreal İmpakt” forması geyən əfsanə futbolçu Didye Droqba, “Toronto”nu 3-2 məğlub etdikləri matçın sonunda, bu barədə açıqlama verib.

Hücumçu stadionun mərkəzində azarkeşlərə müraciət etdikdən sonra, bir-bir komanda yoldaşları ilə vidalaşıb.

Droqba komandası ilə meydana çıxdığı 32 matçda 21 dəfə fərqlənməyi bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43