Dünyadan

Dünya çempionatının açılış matçını bu hakimlər idarə edəcək

Sabah startı veriləcək dünya çempionatının açılış matçını idarə edəcək hakimlərin adı müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, Braziliya – Xorvatiya millilərinin matçı ilə start götürəcək mundialın açılış matçını yaponiyalı Yuiti Nisimuranın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. 

Qeyd edək ki, 42 yaşlı Nisimura CAR-da keçirilən dünya çempionatında 4 oyun idarə etmişdi.  Onlardan biri də 1/4 finalın Hollandiya-Braziliya oyunu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43