İdman

Dünya çempionu olmuş futbolçu Bakıda

1998-ci ildə Fransada keçirilən futbol üzrə dünya çempionatının qalibi Kristian Karambö Bakıya gəlib.

İdmanxeber.com-un “Report” agentliyinə istinadən yaydığı xəbərə görə, o, “Bakı-2015” I Avropa Oyunlarında keçiriləcək çimərlik futbolu üzrə yarışların püşkatmasında iştirak edib.

Püşkatma mərasimi “Fairmont” hotelində baş tutub.

Qeyd edək ki, Kristian Karambö 1998-ci ildə Fransanın heyətində dünya birincisi adını qazanıb. O, hazırda Fransada televiziyaların birində şərhçi olaraq fəaliyyət göstərir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43