İdman

“Bakı 2015″də millimizin rəqibləri müəyyənləşdi

Bu gün “Bakı 2015” I Avropa Oyunlarında çimərlik futbolu üzrə yarışın püşkü atılıb. Qol.Az-ın məlumatına görə, A qrupunda yer alan Azərbaycan Portuqaliya, İsveçrə və Ukrayna yığmaları ilə mübarizə aparacaq.

B qrupunda isə Rusiya, İspaniya, İtaliya və Macarıstan milliləri qarşılaşacaq.

Püşklər ötənlərin məşhur Fransa futbolçusu Kristian Karambö və futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki tərəfindən çəkilib.

Püşkün nəticələri müəyyən olduqdan sonra Prosineçki Azərbaycanın digəri ilə müqayisədə daha asan qrupa düşdüyünü qeyd edib.

Qeyd edək ki, çimərlik futbolu üzrə yarışlar 24-28 iyunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43