İdman

Dünya və Avropa federasiyalarının prezidentləri Bakıda səfərdədir

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi qəbul edib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti xəbər yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.

Qeyd edək ki, Xose Perurena Lopez 24-26 noyabrda keçiriləcək İCF-in Konqresinə qatılacaq. Konqres çərçivəsində növbəti müddətə seçkilər keçiriləcək. A.Boriçiç isə sabah voleybolçu qadınlar arasında 2017-ci ildə Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatının püşkatma mərasimində iştirak edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43