İdman

Dünyanın ən bahalı futbol matçı baş tutdu

İngiltərə Premyer Liqasına vəsiqə qazanan sonuncu – üçüncü komanda “play-off”un finalında “Ridinq”i məğlub edən Haddersfild” oldu.

Çempionşipin “play-off” finalı müasir futbolun ən bahalı oyunlardan biridir. Premyer Liqaya yüksələn “Haddersfil” televiziya yayımından yüksək məbləğdə gəlir əldə edib. “Haddersfild”in həlledici oyuna görə qazancı 170 milyon funt-sterlin oldu.

Maraqlı müqayisə aparıldıqda aydın olur ki, dünya çempionatının son qalibi olan Almaniya final matçından 22, məğlub olan Argentina isə 15 milyon funt-sterlinq gəlir əldə etmişdi.

Avropa Liqası və Çempionlar Liqasının finalçıları da yayım hüqundan az gəlir əldə edirlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43