Kateqoriyasız

Elbrus Məmmədov: “Dinamo”nun futbolçusunu bəyənsəm, komandada qalacaq”

Kiyev “Dinamo”sunun yetirməsi Andrey Saxneviçin “Xəzər Lənkəran”a baxışa gələcəyi ilə bağlı xəbər vermişdik.

Cənub komandasının baş məşqçisi Elbrus Məmmədov İdmanxeber.com-a açıqlamasında ukraynalı futbolçunun yaxın 3 gün ərzində Lənkərana gələcəyini bildirib:

“Yaxın günlərdə Saxneviç “Xəzər Lənkəran”a baxışa gəlir. Onun Lənkərana nə vaxt gəlməsinə bilet məsələsindən sonra aydınlıq gələcək. Yəqin ki, yaxın günlərdə Lənkəranda olacaq.  Bəyənsəm komanda ilə müqavilə imzalayacaq.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43