Ölkə futbolu

Elxan Abdullayev daha 3 il “Neftçi”də!

“Neftçi”də baş məşqçi Elxan Abdullayevin taleyinə aydınlıq gəlib.

Klubun Müşahidə Şurası çalışdırıcıya güvənmək qərarına gəlib.

Abdullayevlə müqavilənin müddəti artırılıb. Razılığa əsasən, o, qarşıdakı 3 ildə “Neftçi”nin “sükanı arxası”nda olacaq.

Qeyd edək ki, Elxan Abdullayev “Neftçi”yə 2016-17 mövsümünün gedişində baş məşqçi təyin edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43