Ölkə futbolu

Elxan Abdullayevin gedişinə üzülən “Neftçi”li: “Təəssüf ki, heç biri uzunmüddətli olmadı”

Son olaraq Azərbaycan Premyer Liqasının II turu çərçivəsində “Səbail”ə məğlub olduqdan sonra istefa vermək qərarına gələn “Neftçi”nin baş məşçqisi Elxan Abdullayevin gedişi klubda çalışanları üzüb.

İdmanxeber.com-un məlumatına görə, komandanın mətbuat xidmətinin rəhbəri Rüstəm Əfsərli şəxsi “facebook” hesabında yazdığı statusla, sabiq baş məşqçiləri Elxan Abdullayevə uğurlar arzulayıb:

“İki dəfə birgə çalışmışıq. Təəssüf ki, heç biri uzunmüddətli olmadı. Sizin haqqınızda çox şey deyilib, çox şey yazılıb. Amma mənim hər şeyə olduğu kimi, buna da öz mövqeyim var: sizə inanıram! 6 il əvvəl AZAL-da olarkən də inanırdım, oradan istefa verəndən sonra da inanırdım, Neftçi’yə gəldiyiniz gün də inanırdım, Neftçi’yə gəldiyim gün də inanırdım. Bu 3 ayda bir gün də olsa, zərrə qədər də olsa, sizə şübhə etməmişəm. Bilirəm ki, bundan sonra da inanacam. 
Futbol belədir: məşqçinin əşyaları bazada hazır vəziyyətdə olmalıdır. Bu, məşqçi işinin acı da olsa, qaçılmaz tərəfidir. 
Əminəm ki, mütləq bir gün öz yerinizi tutacaqsınız, sözünüzü tutarlı deyəcəksiniz. Və həmin gün sizi təbrik edənlər arasında bəlkə də birinci mən olacam. Ötən ilin sentyabrında Neftçi’yə baş məşqçi təyin olunduğunuz gündə olduğu kimi. 
Yolunuz açıq olsun, Elxan müəllim!”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43