Kateqoriyasız

Emil Balayevin rəqibi “Ayntraxt”dan ayrıldı

Almaniyanın “Ayntraxt” klubunda çıxış edən azərbaycanlı qapıçı Emil Blayevin bu komandadakı rəqiblərindən biri Feliks Vidvaldla yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, Frankfurt klubu ikinci qolkiperi Feliks Vidvaldla yollarını rəsmən ayırıb. O, Bremnin “Verder” klubu ilə anlaşıb.

Qeyd edək ki, “Ayntraxt” yay fasiləsində qapı xəttinə oyunçu almasa, gələn mövsüm komandanın ikinci qolkiperi Emil Balayev olacaq. Frankfurtluların “bir nömrəsi” isə Kevin Trappdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43