Kateqoriyasız

“Sumqayıt”da yeni müqavilə

“Sumqayıt” təcrübəli futbolçusu Vurğun Hüseynovla müqavilənin müddətini uzadıb.

İdmanxeber.com-un məlumatına görə, “gənclik şəhəri” təmsilçisi adıçəkilən futbolçu daha bir il “Sumqayıt”ın şərəfini qoruyacaq.

Qeyd edək ki, Vurğun Hüseynov cari mövsümdə “Sumqayıt”ın heyətində Premyer Liqada ümumilikdə 28 qarşılaşmada 2437 dəqiqə meydanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43