Dünya futbolu

Enrike onun qayıtmağını istəyir

PSJ-nin baş məşqçisi Luis Enrike yayda Xavi Simonsun geri qayıtmağını istəyir.

İdmanxeber.az məlumat verir ki, ispaniyali mütəxəssis niderlandlı oyunçunun növbəti mövsümdən etibarən əsas oyunçulardan biri olacağını düşünür.

Simons hazırda icarə əsasında “Leypziq”də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 37 oyunda 9 qol vurub və 13 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43