Kateqoriyasız

Erik Ramos: “Əmin ola bilərsiz ki, biz məqsədimizə çatacağıq”

“Neftçi”nin yarımmüdafiəçisi Erik Ramos klubun rəsmi saytına açıqlama verib. 

İdmanxeber.com-un məlumatına görə, paraqvaylı futbolçu bunları deyib:

“İnter”lə oyunun çətin keçəcəyini bilirdik. Erkən azlıqda qalmağımız oyunumuza mənfi təsir göstərdi. Hücumda istədiyimizi nümayiş etdirə bilmədik. Nəticə qazanmağı hamı kimi biz də istəyirik. Komandamız yeni qurulub. Azarkeşlərin bizdən qələbə gözlədiyini bilirik. Çünki ən çətin anlarda belə yanımızda olurlar. İstərdim ki, bir az səbrli olsunlar. Çempionatda cəmi iki tur oynanılıb. İndidən turnir cədvəlindəki yerimiz barədə qərar vermək çox tezdir. Əsas odur ki, komandamızda birlik və özünəinam var. Əmin ola bilərsiz ki, biz məqsədimizə çatacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43