Ölkə futbolu

Erik Ramos: “…Tərlan Əhmədov söyüş kimi başa düşübsə bu mənim günahım deyil”

“Neftçi” PFK-nın futbolçusu Erik Ramos klubun rəsmi saytına açıqlama verib:

“Kubok matçına qədər AZAL klubu ilə çempionat oyunlarında da bir neçə dəfə qarşılaşmışdıq. Son görüş də kifayət qədər gərgin və maraqlı alındı. Bu futboldu və tərəflərdən biri qələbə qazanmalıdır. Tərlan Əhmədov AZAL klubundan əvvəl “Neftçi”də köməkçi məşqçi və baş məşqçi əvəzi işləyib. Hələ o vaxtdan bilirdik ki, Tərlan Əhmədov ispan dilində başa düşmür. Əgər oyunda işlətdiyim hər hansı ifadəni Tərlan Əhmədov söyüş kimi başa düşübsə bu mənim günahım deyil. AZAL klubu ilə oyunda qayda pozuntusuna yol verdim və  hakim də mənə sarı vərəqə göstərdi. Orada heç bir təhqiramiz söz işlətməmişəm. Sadəcə bu cür açıqlamalar verməklə ictimaiyyətdə mənfi rəy formalaşdırmaq cəhdi yanlışdır.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43