İdman

Erməni idmançı azərbaycanlı həmkarının uğuruna dözə bilmədi və… (VİDEO)

Azərbaycan sambo ustası Bəxtiyar Abbasovun beynəlxalq turnirdə Ermənistan himni səslənən zaman ayağa durmaması sosial şəbəkələrdə böyük müzakirə obyektinə çevrildi, onu dəstəkləyənlər də oldu,təəssüflər olsun ki, qınayanlar da.

İndi təqdim etdiyimiz video isə bu yarışlardan bir ay əvvəl, 27 fevralda Bolqarıstanda keçirilən digər Beynəlxalq turnirdə görüntülənib. Bu 60 kq-dək boksçular arasında keçirilən yarışda Azərbaycan idmançısı Elvin İsayev finalda Ermənistan təmsilçisi Samvel Barseqyanı məğlub edərək turnirin qalibi olub. Lakin idmançımızın şərəfinə himn səslənərkən erməni boksçu fəxri kürsüyə qalxmaqdan imtina edib. Buyurun, baxın. Maraqlıdır, bəs indu bu anadək Bəxtiyar Abbasovu qınayan həmvətənlərmiz nə deyəcəklər? Və onların “səyi” nəticəsində bizin samboçumuzdan alınan medalı necə qaytaracaqlar? İnanmıram ki Samvel Barseqyan bu hərəkətinə görə Ermənistanda Bəxtiyarın Azərbaycanda rast gəldiyi təpkilərlə üzləşsin… (ATV)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43