İdman

Ermənilər “Bakı-2015″də iştirakdan imtina etməyə səbəb görmürlər

Ermənistan Milli Olimpiya Komitəsi (MOK) Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirakdan imtina etməyə səbəb görmür.

İdmanxeber.com-un verdiyi məlumata görə, bunu jurnalistlərə MOK-un baş katibi Qraçya Rostomyan deyib.

Onun sözlərinə görə, indiki mərhələdə təhlükəsizlik və digər məsələlərlə bağlı bütün problemlər həll edilib.

MOK-un baş katibi vurğulayıb ki, Ermənistan idmançılarının Oyunlarda iştirakı barədə yekun qərar 2015-ci ilin fevralında veriləcək.

Qeyd edək ki, İlk Avropa Oyunları 2015-ci il iyunun 12-28 aralığında keçiriləcək. Ümumilikdə Bakıda 20 idman yarışı təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43