İdman

Ermənistan himnini təhqir edən idmançımıza şok

“Rusiyanın Moskva şəhərində sambo güləşi üzrə A.A.Xarlampiyevin xatirəsinə Dünya Kuboku mərhələ yarışı çox yüksək səviyyədə təşkil olundu. Ancaq yarış zamanı azərbaycanlı idmançının səhv davranışı bizi kədərləndirdi. Bəxtiyar Abbasovun hərəkəti idman əxlaqına və hamı tərəfindən qəbul edilmiş etika normalarına zidddir”.

İdmanxeber.com-un məlumatına görə, bunu Avropa Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev deyib. O bildirib ki, Bəxtiyar Abbasovun mükafatlandırılma mərasimi zamanı Ermənistanın dövlət himninə laqeyd münasibət göstərib.

“Mən bu hərəkəti qınayıram və bunu idmançı üçün yolverilməz hesab edirəm. Bəxtiyar Azərbaycan milli yığmasının üzvüdür və ölkəsini dünyanın nüfuzlu rəsmi yarışlarlında təmsil edir. Bu qeyri-etik davranışdır. Belə idmançı dünya kubokunun mükafatçısı olmağa layiq deyil. Mən hesab edirəm ki, idmançı yarışların və əxlaq qaydalarının pozulmasına görə, yarışlardan çıxarılmalıdır. Onun medalı əlindən alınmalıdır. Beynəlxalq yarışlarda idmançının iştirakı haqqında qərar Beynəlxalq Sambo Federasiyasının intizam komitəsi tərəfindən veriləcək”, – deyə federasiyasının prezidenti qeyd edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43