Dünyadan

“Everton”un futbolçusu 1 illik sradan çıxdı

İngiltərə Premyer Liqasında çıxış edən “Everton” klubu ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, komandanın konqolu oyunçusu Yannik Bolaise 1 il yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə komandanın baş məşqçisi Ronald Koeman açıqlama verib.

4 dekabrda “Mançester Yunayted”lə qarşılaşmada zədələnərək məcburi əvəzlənən 27 yaşlı futbolçunun tibbi müayinədən sonra 3-4 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanmışdı. Lakin sonrakı müayinələrdən sonra futbolçunun 1 il oynamayacağı bildirilib.

Xatırladaq ki, mövsüm əvvəlində “Kristal Pelas”dan “Everton”a transfer olan futbolçu  iştirak etdiyi 16 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43