16 Sentyabr 2024
Ölkə futbolu

Əyalət klubunun rəhbəri “Turan Tovuz”un müraciətinə “hə” dedi

“Turan Tovuz” məşqlərini Gəncədə davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, Tovuz klubunun bu müraciətinə “Kəpəz”in rəhbəri İlqar Nadiri “hə” cavabını verib.

Qərb bölgəsi təmsilçisi 5 gün hazırlıqlarını bu şəhərdə davam etdirəcək. Bu gün artıq komanda ilk məşqini keçirib.

Xatırladaq ki, milli fasilədən sonra “Turan Tovuz” ayın 10-da səfərdə “Sabah”la qarşılaşacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43