19 Sentyabr 2024
Dünya futbolu

“Fənərbağça” hücumçu alır

“Benfika” ilə müqaviləsi başa çatan Rafa Silva karyerasını “Fənərbağça”da davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı hücumçu İstanbul klubu ilə anlaşmağa yaxındı. Azad agent statusunda olan oyunçu qarşıdakı günlərdə Türkiyəyə gələcək.

Rafa Silva ötən mövsümdə Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 52 rəsmi matçda 22 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43