Dünya futbolu

“Fənərbaxça” Yunanıstan səfərində

“Fənərbaxça” Avropa Konfrans Liqası 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Olimpiakos”un qonağı olacaq.

İdmanxeber.az məlumat verir ki, İstanbul təmsilçisi Yunanıstana 3 itkiylə yollanıb.

Coşua Konq, Mert Hakan Yandaş və Aleksander Ciku zədəlidir. Hər üç futbolçu səfərə yollanan heyətə daxil edilməyib.

Əvəzində Fred, İsmail Yüksek və Mişi Batşuayi zədələrini sağaldıb və komanda ilə birlikdədir.

Qeyd edək ki, “Olimpiako” – “Fənərbaxça” qarşılaşması sabah Bakı vaxtilə saat 20:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43