Ölkə futbolu

Fabio Kapello: “Azərbaycanla oyunu asan saymaq olmaz”

Rusiya yığmasının baş məşqçisi Fabio Kapello oktyabrın 11-də Lüksemburq, 4 gün sonra isə Azərbaycanla oynayacaqları maçt barədə danışıb.

Çalışdırıcı bunları deyib:

“Deməzdim ki, Rusiya yığması artıq dünya çempionatının final mərhələsinə yüksəlib. Azərbaycan və Lüksemburqla qarşılaşmaları asan saymaq olmaz.

Bütün rəqiblərə hörmətlə yanaşmalıyıq. Lakin etiraf edək ki, Braziliyaya vəsiqə qazanmaq üçün əla şanslarımız var. Belə bir şansı əldən buraxmaq axmaqlıq olardı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43