İdman

Fabreqas: “Azarkeşlərin gözlədiyi möhtəşəm “Çelsi” geri qayıdır”

“Çempionlar Liqasının oyunu üçün darıxmışdıq. Nəhayət ki, həmin an gəlib, çatdı”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Çempionlar Liqasında “Qarabağ”a 6:0 hesabı ilə qalib gələn “Çelsi”nin yarımmüdafiəçisi Secs Fabreqas deyib. Qələbə qazandıqları üçün məmnun olduqlarını dilə gətirən ispan oyunçu nəticəni əla hesab edib: “Hədəflərimiz qabaqdadı. Turnirin qalibi olmaq üçün iddialıyıq. Düşünürəm ki, çox yaxşı kollektivimiz var və azarkeşlərin gözlədiyi möhtəşəm “Çelsi” geri qayıdır. Qarşıda bizi “Arsenal”la çətin oyun gözləyir. Həmin görüşə köklənəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43