İdman

Antonio Konte: “Məqsədimiz çox qol vurmaq idi”

“Qarabağ” üzərindəki qələbəmiz möhtəşəm alındı. Məqsədimiz ilk görüşdə yaxşı nəticə qazanmaq, baxımlı oyun sərgiləmək, qələbə qazanmaq və çox qol vurmaq idi. Buna da nail olduq”,

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Çempionlar Liqasının C qrupunun görüşləri çərçivəsində baş tutan “Çelsi” – “Qarabağ” matçından sonra meydan sahiblərinin baş məşçqisi Antonio Konte deyib. İtaliyalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında futbolçularını tərif “yağış”ına tutub.

“Azarkeşlərinin qarşısıdna oynayırsansa qol vurmalısan. Çalışdıq bu sevinci bir çox futbolçularımız yaşasın. Gənc olan Bakayokonun qol vurması yaxşı haldı. Zappakosta ən yaxşı oyunçularımızdandı. Sadəcə ona müəyyən qədər vaxt lazımdı ki, istənilən səviyyədə olsun. Aspilikueta möhtəşəm oyunçudu. Hücumlarımızın qurulmasında çox yardım edir. O, hər məşqçinin xəyal etdiyi oyunçulardandı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43