Ölkə futbolu

Fakel şousu azarkeşlərə baha başa gəldi: Polis “Neftçi” fanatlarını həbs etdi – VİDEO

Bugün "Qarabağ" və "Neftçi" komandaları arasında keçirilən oyun zamanı qonaq azarkeşlərin polis tərəfindən saxlanılması ilə bağlı sizə xəbər vermişdik.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, "Forza" azad azarkeş qrupunun fakel şousu polislərin qəzəbinə səbəb olub. Nəticədə azarkeşlər üzərinə hücum çəkən polis əməkdaşları onların bir neçəsini bölməyə aparıb. Bundan əlavə qrupun barabanının çölə çıxardılması tələb olunub. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43