Kateqoriyasız

Çixradze: “Bütün bu imkanlardan yararlana bilmədik”

Topaz Premyer Liqasının XV turu “Simurq” üçün uğursuz oldu. Zaqatala təmsilçisi hesabat turunda səfərdə “Sumqayıt”a 1-2 hesabı ilə uduzdu.

İdmanxeber.com-un məlumatına görə, Zaqatala klubunun baş məşqçisi George Çixradze məğlub olduqları matçı belə şərh edib:

“Oyun hərəkətli keçdi. Əgər qol vəziyyətin varsa, bundan yararlanmaq lazımdır.  Oyunda bunu bacarmadıq. Düzdür, ilk qolu biz vurduq. Qoldan sonra da hücum edən tərəf biz idik. Bərabərlikdən sonra hesabda yenidən dəyişiklik etmək istədik. Amma bütün bu imkanlardan yararlana bilmədik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43