Kateqoriyasız

Fariz Məmmədov Pelki 4 raundda susdurdu

Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov Avropa çempionluğu uğrunda revanş döyüşünə çıxıb.

İdmanxeber.com-un məlumatına görə, boksçumuz WBCA və WBO versiyaları üzrə Avropa kəmərinə sahib olmaq üçün Almaniya təmsilçisi Mattias Pelklə qarşılaşıb və rəqibini dördüncü raundda nokauta salaraq, qələbə qazanıb.

Qeyd edək ki, Fariz Məmmədovla Mattias Pelk ötən ilin dekabrında Qəbələdə üz-üzə gəlmişdi. Təmsilçimiz ağır zədə səbəbindən yarışı yarımçıq dayandırmış və texniki məğlubiyyət almışdı. Buna Farizin hələ döyüşdən əvvəl bir qabırğasının sınması səbəb olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43