İdman

Fariz Məmmədov TOP-10-da

Ümumdünya Boks Təşkilatı – WBO fevral ayı üçün növbəti reytinq siyahısını açıqlayıb.

İdmanxeber.com-un qurumun saytına istinadən yaydığı xəbərə görə, TOP-10-da WBO versiyası üzrə Avropa kəmərinin qalibi Fariz Məmmədov da yer alıb. Azərbaycanlı boksçu orta yüngül çəki dərəcəsində (66.7 kq) əvvəlki mövqeyindən iki pillə geri düşsə də, ilk 10-luqda mövqeyini qoruya bilib. Yanvarda 8-ci olan Məmmədov fevral ayı üçün reytinqdə 10-cu yeri tutur.

Bu çəki üzrə reytinq cədvəlinə amerikalı Timoti Bredli başçılıq edir. Meksikalı Xuan Manuel Markes 2-ci, daha bir amerikalı Brendon Rios isə 3-cü pillədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43