Kateqoriyasız

Fariz Nəcəfov: “Komandamız bu xala layiq idi”

“Komandamız meydanda bucür oyun göstərirsə deməli heç bir problem yoxdu. Olanda o özünü göstərəcək”

Bu sözləri “Qəbələ” – “Qarabağ”(1:1) matçından sonra əyalət klubunun vitse- prezidenti Fariz Nəcəfov idmanxeber.com-a açıqlamasında deyib. Nəcəfov Azərbaycan kubukonun final oyununun Qəbələdə keçirilməsi barədə də danışıb:

“Bazamız bu görüşü keçirməyə tam hazırdır. Bugün də PFL-in prezidenti Ramin Musayevlə nəzərdən keçirdik. Deməzdim hər şey yüksək səviyyədədir ancaq oyunun keçirilməsi üçün hər bir şərait var.”

Nəcəfov penalti epizoduna da münasibətini bildirib:

“Mən təkrar baxdım. Baxdığım epizoda görə hakim haqlı idi amma mən o sahə üzrə mütəxəssis deyiləm. İstəyirəm ki, hər şey obyektiv olsun. Komandamız bu xala layiq idi.”

Vitse-prezident klubun baş məşqçindən də danışıb:

“Bugünkü nəticələrə baxsaq Qriqorçuk “Qəbələ”nin axtardığı baş məşqçidir. Mən yaydan bu məşqçini gətirmək istəyirdim. Həm məşqçi kimi, həm insan kimi çox yaxşıdır. Bu adam  futbolla yaşayır, inanıram ki, nəticə olacaq.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43