Kateqoriyasız

Hakim səhvini etiraf etdi: “Bu mənim səhvim idi”

1:1 hesablı bərabərliklə başa çatan “Qəbələ” – “Qarabağ” matçından sonra oyunun baş hakimi Elvin Əsgərov bəzi epizodlarda səhvə yol verdiyini etiraf edib.

“Qarabağ”ın futbolçusu Maksim Medvedyev idmanxeber.com-a açıqlamasında hakimin səhvini etiraf etdiyini bildirib:

“Matçdan sonra hakimlə danışdıq. O mənə qarşı bəzi epizodlarda səhv qərar verdiyini etiraf etdi. Və bu mənim səhvimdir söylədi. Amma penalti epizodu ilə bağlı heçnə demədi”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43