Kateqoriyasız

Fatih Terim uğursuzluğlarında özünü günahlandırdı

“Avro-2016″nın seçmə mərhələsində Latviya ilə bərabərə qalan (1:1) Türkiyə millisinin baş məşqçisi Fatih Terim matç haqqında fikirlərini jurnalistlərlə bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis matçı belə şərh edib:

“Qələbə qazanmalı idik. Heç-heçə istədiyimi nəticə deyildi. Futbolçularım əllərindən gələni etdilər. Səhvlər məndə oldu. Yaxşı oynayarıq, amma qol vura bilmirik. Matçda oynayacaq futbolçuları mən seçirəm. Buna görə qələbə qazana bilmədiyimiz üçün günahkar özüməm. Son dörd gündə oynadığımız hər iki matçda qələbə qazana bilərdik. Ancaq cəmi 1 xal qazana bildik. Ümid edirəm ki, növbəti oyunlarda daha yaxşı komanda kimi meydanda olacağıq. Amma hazırkı durumumuzdan heç məmnum deyiləm”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43