Ölkə futbolu

“İnter” növbəti oyuna itkisiz hazırlaşır

Məlum olduğu kimi, “İnter” komandası oktyabrın 2-dən 10-dək Gürcüstanda təlim-məşq toplanışı keçirdi.

İdmanxeber.com-un məlumatına görə, toplanışdan sonra komandaya ikigünlük istirahət verilmişdi. Dünəndən etibarən “İnter” növbəti turun qarşılaşmaşına hazırlaşır. Bu gün də komanda səhər məşqinə çıxdı. Məşqə isinmə hərəkətlərilə başlayan futbolçular prosesi topla çalışmalarla davam etdirdilər. Milli komandaya dəvət almış Səlahət Ağayev və Abdulla Abatsıyev istisna olmaqla komandanın üzvləri məşqə qatılmışdılar.

Xatırladaq ki, “İnter” oktyabrın 18-də Zaqatalanın “Simurq” komandasıyla qarşılaşacaq. Oyun saat 18.00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43