Kateqoriyasız

“Fənərbağça”da şok itki

“Fənərbağça”nın futbolçusu Musa Sou zədələnib.

İdmanxeber.com-un məlumatına görə, Seneqal  millisinin düşərgəsində zədələnən futbolçu heyətdən çıxarılıb.

Onun “Qalatasaray”la baş tutacaq derbidə iştirak etməyəcəyi bildirilir.

Qeyd edək ki, “Fənərbağça” Bəkir İrtəkünün xidmətindən də yararlana bilməyəcək. Cəza səbəbindən müdafiəçi “Qalatasaray”la matçı buxaracaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43