Dünyadan

“Fənərbağça”nın türk futbolçusu “İnter”ə keçməyə razılıq verdi

İtaliyanın “İnter” klubu “Fənərbağça”nın üzvü Canər Erkinin transferini bitirmək üzrədi.

İdmanxeber.com-un məlumatına görə, Milan klubu yayda “Fənərbağça” ilə müqaviləsi bitəcək və bu üzdən keçidi pulsuz başa gələcək futbolçu ilə artıq şəxsi müqavilənin detalları razılaşdırılıb.

“Roma” və “Valensiya”nın da istədiyi Türkiyə millisinin üzvü yeni mövsümdən etibarən A seriyasında mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43