Dünyadan

“Fənərbaxça”da ciddi itki

“Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, “sarı-lacivərtlilər”in aparıcı oyunçularından olan Volkan Şen sıradan çıxıb. 29 yaşlı yarımmüdafiəçi İstanbul təmsilçisinin “Dənizlispor”la keçirdiyi hazırlıq matçında zədələib.

Tibbi müayinədən sonra Türkiyə millisinin üzvünün durumuna aydınlıq gəlib. Məlumata görə, futbolçu ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43