Ölkə futbolu

“Ferensvaroş”dan Ovusu açıqlaması: “Razılığa gələcəyimizə ümid edirik”

“Ferensvaroş”un idman direktoru Tamaş Haynal klubun transfer durumu ilə bağlı açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, “ulloi129.hu” saytına danışan klub rəsmisi Kvabena Ovusunun komandaya mümkün keçidi barədə danışıb. O, yeni oyunçuları qışda heyətə cəlb etmək istədiklərini bildirib:

“Qarabağ”ın futbolçusu Ovusu Kvabena və “Slovan”ın (Slovakiya) hücumçusu Menti Abenoda hədəfimizdə olan futbolçulardır. Danışıqlar davam edir. Onlarla razılığa gələ biləcəyimizi düşünürəm. Təbii ki, şərtlər bəli çərçivədə olmalıdır. Aktiv şəkildə bunun üçün çalışırıq. Ümid edirəm istədiyimiz kimi yekunlaşacaq”.

Daha əvvəl Macarıstan mətbuatı Ovusunun “Ferensvaroş”la 2 illik müqaviləni imzaladığını və sənədin bu ilin yayında qüvvəyə minəcəyini yazmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43