Kateqoriyasız

“Ferentsvaroş” matçı öncəsi “Qarabağ” üçün üzücü xəbər – oynamayacaq

Maksim Medvedev  “Ferentsvaroş”la cavab oyununu da buraxacaq.

İdmanxeber.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov Macarıstan klubu ilə oyun üçün səfərə yollanarkən jurnalistlərə açıqlamasında deyib. Təcrübəli mütəxəssis Medvedevin belindəki ağrılara görə səfər matçında da iştirak etməyəcəyini vurğulayıb.

Maksim “Ferentsvaroş”la Bakıdakı oyunu (1:1) da buraxmışdı.

Qeyd edək ki, avqustun 9-da oynanılacaq “Ferentsvaroş” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43