19 Sentyabr 2024
Dünya futbolu

Fernandes “Benfika”da

”Benfika” Alvaro Fernandesi heyətinə qatdığını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı sol cinah müdafiəçisi icarə əsasında mövsümün sonuna qədər Lissabon klubunda çıxış edəcək.

Fernandes müqaviləylə “Mançester Yunayted”ə məxsusdur. “Benfika” yayda 10 milyon avro ödəyərək ispaniyalı oyunçunu birdəfəlik transfer edə bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43