Dünya futbolu

FİFA-dan “Qalatasaray”a transfer qadağası

FİFA “Qalatasaray”a müvəqqəti transfer qadağası qoyub

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb İstanbul klubunun Lukas Torreyanı heyətinə qatarkən onun menecerinə ödəniş etməməsi olub.

Ali futbol qurumu həmin agentə ödənməli olan 18 min dolları verdikdən sonra qadağanı götürəcək.

Türkiyəli idman yazarı Nevzat Dindar isə sosial şəbəkə hesabından artıq həmin pulun ödəndiyini və bazar ertəsindən etibarən transfer qadağasının qaldıralacağını yazıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43