Dünya futbolu

Abubakarın “Beşiktaş”a keçidi niyə yubanır?

“Əl -Nasr”dan ayrılmaq üzrə olan Vensan Abubakarın “Beşiktaş”a keçidinin gecikməsinin səbəbi bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu Səudiyyə Ərəbsitanı təmsilçisindən ayrılacağı dəqiq idi. Lakin komandanın üzvü Konanın zədəsinin uzun sürməsi baş məşqçi Rudi Qarsiyanı heyətdə məcburi dəyişikliyə vadar edib.

İspaniyalı mütəxəssis klubdan ayrılacağı gözlənilən Abubakarı yenidən heyətə qaytarıb. 31 yaşlı futbolçu bu gün saat 21:30-da keçiriləcək “Əl – Nasr” – “Al Shabab” görüşündə heyətdə olacaq.

Tıcrübəli hücumçunun daha sonra komandadan ayrılacağı gözlənilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43