Dünyadan

FIFA-dan sərt addım: Milli komanda “DÇ-2018”-dən uzaqlaşdırıldı

FİFA Zimbabve yığmasını “DÇ-2018”-in seçmə mərhələlərindən kənarlaşdırıb.

İdmanxeber.com-un məlumatına görə, qurumun belə addım atmasına səbəb sözügedən ölkənin Futbol Federasiyasının sabiq baş məşqçisi Joze Klaudinei Georginiyə olan borcunu ödəməməsi olub. FIFA Zimbabve Futbol Federasiyasına borcu ödəmək üçün xeyli müddət vaxt versə də buna məhəl qoyulmayıb. Nəticədə ali futbol qurumu Zimbabve millisini oktyabr ayında başlanacaq seçmə mərhələdən məhrum edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43