İdman

Firmino, Salah & Neymar, Messi

İngiltərə “Liverpul”unun futbolçuları Məhəmməd Salah və Roberto Firmino Çempionlar Liqasında (ÇL) Lionel Messi və Neymarın birgə nailiyyətini təkrarlayıblar.

İdmanxeber.com-un məlumatına görə, Salahla Firmino buna İtaliyanın “Roma” klubu ilə ilk yarımnfinal görüşündə hərəyə 2 qol vurduqdan sonra nail olublar. Hazırda onların aktivində 10 qol var. Lionel Messi və Neymar da İspaniya “Barselona”sında 2014-2015 mövsümündə hərəyə 10 qola imza atmışdı. Həmin vaxt Kataloniya komandası ÇL-in qalibi olmuşdu. “Liverpul” isə “Roma”nı ilk görüşdə 5:2 hesabı ilə yenib. Cavab oyunu mayın 2-də İtaliya paytaxtında olacaq.

Bundan başqa Məhəmməd Salah avrokubok mövsümü ərzində qol sayında klub rekordu müəyyənləşdirib. 25 yaşlı hücumçu “Liverpul”da bir mövsümə 10 qol vuran ilk futbolçudur.

“Liverpul”un yarımmüdafiəçisi Ceyms Milner isə məhsuldar ötürmə sayında ÇL-in rekordçusu olub. Onun yerinə yetirdiyi künc zərbəsindən sonra Firmino başla topu qapıya göndərib. Hazırda Milnerin aktivində qolla nəticələnən 9 ötürmə var. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43