Ölkə futbolu

Flavinyo: “Dinamo” kimi rəqibə qarşı oynamaq heç də asan deyil”

“Bu bizim Avstriyada ilk oyunumuz idi. Boludakı hazırlıqdan sonra yorğunluq fonunda “Dinamo” kimi rəqibə qarşı oynamaq heç də asan deyil. “Dinamo”nun əsas heyətlə oynadığını nəzərə alsaq, nəticəni uğurlu hesab etmək olar. Amma bizim üçün önəmli olan nəticə deyil, komandamızın oyunudur”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Flavinyo klubun rəsmi saytına açıqlamasında dünən Kiyev “Dinamo”su ilə keçirdikləri yoxlama oyunundan (2:2) sonra deyib.

Braziliyalı futbolçu daha sonra sözlərinə belə davam edib: “Belə güclü rəqiblərlə oynamaq bizim üçün çox xeyirlidir. Oyundan razı qaldım. Bununla belə, daha da hazır vəziyyətdə olmaq üçün kifayət qədər vaxtımız var. Avrokuboklara yaxşı əhval-ruhiyyədə və yüksək səviyyədə hazırlaşırıq. Hələ qarşıda bir neçə hazırlıq oyunumuz da var. Azarkeşlərimiz bilsinlər ki, Avroliqada onları sevindirmək üçün əlimizdən gələni edəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43