İdman

Fransa Liqasında qapıçıya partlayıcı atdılar, hakim oyunu yarımçıq dayandırdı (VİDEO)

Fransa çempionatının 16-cı turunda keçirilən “Metz” – “Lion” oyunu yarımçıq dayandırılıb.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb yerli fanatların meydana yad əşya atması olub.

Meydan sahiblərinin qapıçısı Antonio Lopez görüşün 30-cu dəqiqəsində zədələnərək yerdə qalarkən yerli fanatlar meydana partlayıcı maddə atıb. Nəticədə qapıçı xəsarət alıb. Görüşün baş hakimi isə matçı yaramçıq dayandırıb.

Qeyd edək ki, oyun davam edərkən “Metz” 1:0 öndə idi.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43