Ölkə futbolu

Fransa mətbuatı yazdı: Benzia “Qarabağ”dan ayrılır?

“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzianın klubu tərk edəcəyi iddia edilir.

İdmanxeber.az Fransa mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu Liqa 1-ə qayıtmağı düşünür. İddia edilir ki, o, “Lion” və “Nitsa” klublarına üz tuta bilər.

Y.Benzia 2023-cü ildən Ağdam təmsilçisinin formasını geyinir. Onun “Qarabağ”la müqaviləsi 2025-ci ilin yayına qədərdir


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43