Kateqoriyasız

“Frayburq”la oyunda istədiyimizi nəticəni əldə edəcəyik” – Zubir

“Çalışdıq ki, öz oyunumuzu nümayiş etdirək. Məyusedicidir. Son dəqiqədə qol buraxdıq. Bu, futboldur. İrəli baxmalıyıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Abdullah Zubir deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Hədəfimiz mərhələ adlamaqdır. Ümid edirəm ki, “Frayburq”la oyunda istədiyimizi nəticəni əldə edəcəyik.

Möhtəşəm atmosfer var idi. Ümumiyyətlə, Fransaya qayıtmaq mənim üçün özəldi. Ailə üzvlərim buradadır. Buna baxmayaraq, nəticəyə görə buradan məyus dönürəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43