Ölkə futbolu

“Futbol+” – “İdman Azərbaycan” matçında QALMAQAL – VİDEO

Stadium.az saytının və PFL-in sponsorluğu ilə keçirilən Jurnalistlərin Həmrəylik Kubokunda bu gün növbəti turun oyunları keçirildi. Təbii ki, turun mərkəzi görüşü sayılan “Futbol+” və “İdman Azərbaycan” oyununun gərgin keçəcəyi əvvəlcədən məlum idi. Elə hər şey də gözlənildiyi kimi oldu. Qrupu birinci pillədə bitirmək uğrunda gedən gərgin mübarizədə “Futbol+” rəqibini 4:2 hesabı ilə yenərək qrupu 100 faizli nəticə ilə başa vurdu. Ancaq oyunun sonları heç də xoş məcrada keçmədi. Belə ki, epizodların birində yerdə qalan Əli Raufoğlu ilə “İdman Azərbaycan”ın qapıçısı arasında narazılıq yaşandı. Növbəti kiçik insident isə Kənan Həsənovla Fəxri Məmmədov arasında baş verdi. Görünür məğlubiyyəti həzm edə bilməyən “İdman Azərbaycan” heyifini qalmaqalla çıxmaq istəyirdi. Ancaq hakimlərin, o cümlədən ətrafdakıların müdaxiləsi nəticəsində insident böyümədi və final fitindən sonra futbolçular meydanı sakitcə tərk etdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43